Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

 22:44 04.03.2021     62

Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, parlamentin sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/928011.html