NATO-nun Baş katibi Türkiyəyə başsağlığı verdi

 23:31 04.03.2021     62

NATO-nun Baş katibi Yens Stolenberg Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna zəng edərək, hərbi helikopter qəzasıyla bağlı təşkilat adından başsağlığı verib.

Publika.az "CNN Türk"ə istinadla xəbər verir ki, alyans rəhbəri qurumun Türkiyə ilə həmrəy olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin Bitlis vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 2 nəfər isə yaralanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348551.html