Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb - VİDEO

 23:40 04.03.2021     63

Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb. Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoquna sahib deyil. Bu cür texnologiyanın yaradılmasında şirkət əlavə matrisa laylarına sahib xüsusi konstruksiyadan istifadə edib. Həmin laylar ekranın qatlanması zamanı ola biləcək zədələnmələrin qarşısını alırlar.

Şirkətin verdiyi məlumata əsasən yaradılmış yeni ekranın xidmət dövrü 200.000 qatlanmaya bərabərdir. Digər şirkətlərin texnologiyalarından fərqli olaraq BOE-nin yaratdığı ekran təkcə bir xətt üzrə 180 dərəcə deyil hər iki istiqamətə qatlana bilir. Yaxın zamanda şirkət sözügedən ekranın daha dəqiq testlərini keçirtmək üçün onun prototiplərini öz partnyorlarına göndərəcək. Qeyd etmək lazımdır ki, BOE elektronika məhsulları üçün ekran istehsalı ilə məşğul olan böyük şirkətlərin ilk üçlüyünə daxildir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927691.html