Ermənistanda əməliyyat: 2 qanuni oğlu saxlanıldı

 23:42 04.03.2021     68

Ermənistan polisi Eçmiədzində xüsusi əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Eçmiədzində məşhur olan “Antarain Dzainer” adlı obyektdən 15 nəfər polisə aparılıb. Obyektdəki “Leksus”, “Toyota Land Kruzer”, “Porşe Panamera”, BMV markalı avtomobillər isə cərimə meydançasına göndərilib.

Bildirilir ki, saxlanılanlar arasında kriminal aləmdə Zap Leninakanski və Jiro Şaumyanski adı məşhur olan iki qanuni oğru da var.

Saxlanılanların hansı səbəbdən polisə aparıldığı barədə məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542562.html