Yunanıstanda güclü zəlzələ

 23:51 04.03.2021     71

Yunanıstanda 6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Larisa şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı isə 2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542561.html