Lvrov: "Hələ sazişi xilas etmək mümkündür"

 00:00 05.03.2021     81

"ABŞ İranın nüvə sazişinə dönmək niyyətinin ciddi olduğunu göstərən addımlar atmalıdır. Hələ sazişi xilas etmək mümkündür".

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russian Mind” dərgisinə açıqlamasında deyib.

Lavrov bildirib ki, nüvə sazişini xilas etmək üçün hələlik fürsət qapısı bağlanmayıb:

"Tək şərt 2015-ci il tarixli hərtərəfli sazişin bu sazişi inkişaf etdirən və imzalayan bütün ölkələr tərəfindən tam və ardıcıl şəkildə tətbiq olunmasıdır. Bu məqsədə çatmaq üçün Birgə Ardıcıl Hərəkət Planının bütün iştirakçıları ilə yaxın əməkdaşlıq içindəyik".

Nazirin sözlərinə görə, Rusiya mövcud vəziyyətdən çıxmaq məqsədilə mümkün yollar tapmaq üçün avropalı tərəfdaşlarla daim təmasdadır:

"Ancaq hər şey bizə və ya hərəkət planının avropalı iştirakçılarına bağlı deyil. Co Bayden administrasiyasının nüvə sazişi ilə bağlı mövqeyi prinsipial önəmə malikdir. Fikrimizcə, İran və nüvə proqramı ilə bağlı maneələrin aradan qalxmasına ABŞ-ın Birgə Ardıcıl Hərəkət Planına geri dönmə niyyətinin ciddi olduğu müsajını verəcək addımlar kömək olar. Mövcud gedişatı ən qısa zamanda müsbətə doğru dəyişmək və Birgə Ardıcıl Hərəkət Planını yerinə yetirmə prosesini yenidən ilk qərarlaşdırılan çərçivəyə salmaq ümidi var".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/348553.html