Virus Türkiyədə daha 68 CAN ALDI

 00:13 05.03.2021     64

Türkiyədə son 24 saat ərzində 137 885 nəfərin COVID-19 testi yoxlanıb.

Publika.az xəbər verir ki, ölkədə günlük yoluxma sayı 11 322 nəfər təşkil edib.

68 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 601 137 nəfərə çatdığı bildirilib. Onlardan 7873 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1220 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348554.html