Millimiz Moldovanı darmadağın etdi

 00:28 05.03.2021     66

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qələbə qazanıb.

Bolinhanın dubl etdiyi oyunda millimizin digər qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Hadi Əhmədi vurublar.

Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/542565.html