Türkiyədən daha bir ÜZÜCÜ XƏBƏR: Hərbi avtomobil aşdı, 11 əsgər...

 00:49 05.03.2021     61

Türkiyədə növbəti dəfə ağır qəza baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Şırnak Cizre yolunun 25 kilometrliyində qeydə alınıb.

Bildirilir ki, yolun yağışlı və sürüşkən olması səbəbindən hərbi maşın aşıb. Nəticədə 11 əsgər yaralanıb.

Xəstəxanaya çatdırılan hərbçilərin həyatları üçün heç bir təhlükə yoxdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348556.html