Avropada acınacaqlı durum: işsizlərin sayı artacaq

 01:23 05.03.2021     76

2021-ci ildə Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə "Euler Hermes" sığorta şirkətinin araşdırmasında bildirilib.

Bildirilib ki, bu il işsizliyin artım səviyyəsi 38 faiz təşkil edəcək. 2020-ci ilin birinci rübündə 4,8 milyon nəfər işsiz qeydə alınmışdısa, 2021-ci ilin üçüncü rübündə bu rəqəmin 6,6 milyon nəfər olacağı gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542575.html