Bu gün YAP-ın növbədənkənar qurultayı keçiriləcək

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Publika.az xəbər verir ki, bu, YAP-ın VII qurultayıdır.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/348558.html