ÜST Uhan səfərini məruzə etməkdən imtina etdi

 01:33 05.03.2021     63

ÜST koronavirusun mənşəyinin səbəblərinin araşdırılması üçün Uhan şəhərinə səfərin nəticəsinə görə beynəlxalq ekspertlər missiyasının ilkin məruzəsini dərc etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.

26 ekspert qeyd edib ki, Uhanla bağlı məruzə etibarsız elan edilməlidir, çünki çıxarılan nəticələr kifayət qədər deyil.

Qeyd edək ki, ÜST-ün mütəxəssislərin məktubuna əsasən, missiya COVİD-19-un mənşəyini araşdırmaq üçün Uhana tam giriş əldə etməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542576.html