Əfqanıstanda qar uçqunu: 14 nəfər öldü

 01:44 05.03.2021     63

Əfqanıstanın Bədəxşan əyalətində baş verən qar uçqunu nəticəsində 14 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Bədəxşan Valiliyinin sözçüsü Nik Məhəmməd Nəzəri deyib.

Onun sözlərinə görə, 4 nəfər təbiət hadisəsi nəticəsində yaralanıb.

Uçqun altında digərlərinin qalıb-qalmaması məlum deyil, axtarışlar aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542577.html