Hulusi Akar digər komandanlarla Elazığa getdi

 02:12 05.03.2021     51

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin digər komandanları məlum helikopter qəzası ilə əlaqədar Elazığ şəhərinə gəliblər.

Publika.az xəbər verir ki, martın 4-də günorta saatları qəzaya uğrayan “Cougar” helekopter Bingöl-Bitlis marşrutu ilə uçurmuş. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikoperlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz aparatlar axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib.

Ən son məlumata görə, şəhidlərin sayı 11-ə çatıb. Korpus komandiri, general-leytenant Osman Erbaş da həlak olanlar arasındadır. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur.

Yerli medianın məlumatına görə, Fransa-Almaniya istehsalı olan “AS532 Cougar” 1993-cü ildən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olub. Türkiyədəki bu helikopterlərin 1997-ci, 2003-cü və 2017-ci illərdə uğradıqları üç qəzada 28 hərbçi şəhid olub. Bu gün baş verən acı hadisə həmin markalı helekopterlərin sayca dördüncü ağır qəzasıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/348560.html