ŞOK ARAŞDIRMA: Koronavirusu yenmək üçün ağılsız olmaq lazım imiş

 07:17 05.03.2021     52

Florensiya Universitetinin Tibb Elmləri Bölməsinin psixoloqları koronavirusa qarşı psixoloji cəhətdən daha davamlı olan insan tiplərini təyin ediblər.

Publika.az xəbər verir ki, məqalə "Science Direct" saytında dərc edilib.

Respondentlərin xaraktelərini, psixoloji xüsusiyyətlərini ölçmək və infeksiya riski haqqında nə bildiklərini öyrənmək üçün anket doldurtdurulub. Bundan sonra onların rifah səviyyəsi izolyasiya dövründə təhlil edilib.

Təcrübədə orta yaşı 31,3 il olan ümumilikdə 619 nəfər iştirak edib.

Toplanan məlumatların araşdırılması göstərib ki, epidemiyaya qarşı ən davamlı şəxslər ağılsızlıq, təkəbbürlük və alçaqlığa meyili olan insanlardır.

Eyni zamanda məlum olub ki, qeyri-sabit psixologiyası olan və əhval dəyişikliyindən əziyyət çəkən insanlar epidemiya zamanı özlərini daha pis hiss ediblər.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/348566.html