Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub

 07:00 05.03.2021     39

Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8,0 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur.

ABŞ Milli Tsunami Xəbərdarlıq Mərkəzi sunami xəbərdarlığını yayımlayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928019.html