Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb

 07:11 05.03.2021     38

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 68 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 839 nəfərə çatıb.

Məlumata əsasən, ölkədə 11 322 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 746 158 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 873 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 601 137 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928020.html