Gürcüstan Türkiyəyə başsağlığı ünvanladı

 06:16 05.03.2021     38

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyənin Tatvan
rayonunda hərbi helikopter qəzasında 9 nəfərin şəhid olması ilə bağlı
türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

Publika.az xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter
hesabında yazıb.

O, hadisədən kədərləndiyini bildirib.

“Tatvan rayonunda baş vermiş qəza ilə bağlı dərin hüznlə başsağlığı
verirəm. Düşüncələrimiz və dualarımız faciə qurbanları və yaxınlarını
itirənlərlədir. Yaralıların tezliklə sağalmasını diləyirəm”, -
D.Zalkaliani qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348568.html