Mujenko: Rusiya ilə müharibə başlaya bilər

 08:00 05.03.2021     46

Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsi sərhədlərimizin 2014-cü ilə qədərki vəziyyətinin bərpa edilməsi deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Viktor Mujenko deyib.

O bildirib ki, Rusiyada imperiya davranışları hələ qalmaqdadır və bu ölkə aqressiv əməllərindən imtina etmir.

Mujenko əlavə edib ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ehtimalı hələ də mövcuddur:

“Təcavüzkar ölkə Krımdakı su böhranı səbəbindən 2014-cü ildəki reallaşmamış planlarına qayıda bilər”.

Qərargahın sabiq rəhbəri Ukraynanın NATO və Rusiya arasında müharibə meydanına çevriləcəyini də istisna etməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542559.html