Arktika ölkələri 7 il sonra yenidən toplanır - Rusiya

 08:15 05.03.2021     43

Arktika bölgəsi ölkələrinin ümumi qərargahlarının nümayəndələri arasında təhlükəsizlik məsələsində 2014-cü ildən bəri dayandırılmış dialoq mütəxəssis müzakirələri ilə başlaya bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Arktika Şurasındakı daimi nümayəndəsi Nikolay Korçunov bildirib.

O qeyd edib ki, Rusiya artıq Arktika zonasında yumşaq təhlükəsizlik məsələlərinə diqqət yetirən Arktika Şurası kimi əsas qurumlar yaradıb.

Qeyd edək ki, Arktika Şurası 1996-cı ildən bəri fəaliyyət göstərən Arktika dövlətlərinin hökumətlərarası bir təşkilatdır. Şuraya Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542567.html