Bu ölkədə 7,3 bal gücündə zəlzələ OLDU

Sakit okeanda, Yeni Zelandiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Qisborn şəhərindən 238 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928041.html