Film Ahmet Kayanın görüntülərinə görə məhkəməlik oldu

 09:44 05.03.2021     36

Çəkilişləri sona çatan "Son şarkı" filmi məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, filmdə 21 il öncə Fransada vəfat edən müğənni Ahmet Kayanın gerçək görüntüləri və əsərləri yer alıb.

Sənətçinin həyat yoldaşı və iki qızı görüntülərin yayımlanması üçün məhkəməyə müraciət edib. Qərara əsasən, həmin görüntüləri çıxarıldıqdan sonra film tamaşaçılara təqdim oluna bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928036.html