Bayraqdar şəhid generalla bağlı paylaşım etdi

 09:49 05.03.2021     35

Bayraqdar pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuk Bayraqtar Türkiyədə qəzada həlak olan general və heyət haqqında sosial şəbəkədə paylaşım edib.

Axar.az paylaşımın mətnini təqdim edir:

“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Erbaş-Paşa və qəhrəman əsgərləri Bitlisdə bir helikopter qəzasında öldü. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin. Bu illər ərzində dostluğumuz heç kəsilməmişdi. Osman Erbaş Paşa, Türk PUA-larının yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542589.html