Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

 09:49 05.03.2021     36

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,95 ABŞ dolları və ya 4,6%  artaraq  67,7 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) - 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928042.html