İsrail elan etdi: Sərhədləri bu tarixdə açırıq

 10:16 05.03.2021     50

Sürətli və effektiv peyvəndləmə kampaniyası sayəsində İsrail dünyada virusa qalib gələn ilk ölkə oldu.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail koronavirusdan çıxan ilk ölkə olacaq. Bu, “yaşıl pasportlarla” (peyvənd olunanlara verilən) siz restoranlara, teatrlara, idman tədbirlərinə daxil ola biləcəksiniz. İsrail hakimiyyəti cari ayın sonuna qədər ölkənin bütün yaşlı əhalisini peyvəndləməyi planlaşdırır və aprelin sonuna qədər sərhədləri açmağı nəzərdə tutur. İsrail əvvəllər startap ölkəsi kimi məşhur idi. Bu gündən o, peyvəndləmə milləti olaraq tanınacaq. Biz dünya üçün model yaradırıq, bununla çox fəxr edirik”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542601.html