Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı - FOTOlar

Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/928065.html