Akar qəzanın səbəbini açıqladı

 10:33 05.03.2021     41

İlkin məlumatlar və şahidlərin verdiyi ifadələrə görə, qəzaya hava şəraitinin birdən-birə qəfil dəyişməsi səbəb olub.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Qəza nəticəsində 11 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı veririk. Qəza ilə bağlı araşdırmalar davam etdirilir”, - Akar bildirib.

Qeyd edək ki, dünən axşam Türkiyənin Bingöl şəhərindən havaya qalxan hərbi helikopter Bitlisin Tatvan ilçəsində qəzaya uğrayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542604.html