Güloğlu Sılaya təzminat ödəmək istəmir

 10:34 05.03.2021     48

Türkiyəli müğənni Davud Güloğlu məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həmkarı Sıla Gençoğluna nalayiq sözlər işlətdiyi üçün 8 min 500 TL təzminat ödəməli idi.

D.Güloğlu məhkəmədən qərarın ləğv olunmasını tələb edib.

Qeyd edək ki, Sıla Demokratiya və Şəhidlər Mitinqi ilə bağlı dediyi sözlərə görə həmkarı D.Güloğlu tərəfindən təhqir edilmişdi.

Onun "Darbeyə qarşıyam, amma Yenikapıdakı şouya qatılmayacam" sözlərinə Güloğlu təhqirlə cavab vermişdi.

Sıla isə məhkəməyə müraciət edərək, Davutoğlunun həbs edilməsini tələb etmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/928038.html