Rusiyanı çökdürürlər: yeni sanksiyaya hazırlıq…

 10:43 05.03.2021     36

ABŞ və Britaniya kimyəvi silah istifadəsinə görə Rusiyaya münasibətdə əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, sanksiyalar Rusiya biznesmenlərindən tutmuş ölkənin suveren borcuna qədər, hər şeyə tətbiq edilə bilər.

Agentlik Londonun yaxın həftələrdə Rusiyaya sanksiyaları Avropadakı müttəfiqləri ilə müzakirə edəcəyi bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542606.html