Ermənistanın minlərlə hərbçisi itkindir - Rusiyaya müraciət etdilər

 10:44 05.03.2021     43

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin "qaynar xətt"inə itkin düşən hərbçilərin axtarışı barədə 2,5 min müraciət daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışlar sülhməramlıların iştirakı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə əməkdaşlıq çərçivəsində aparılır.

Qeyd edək ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi Qarabağdan qalıqları çıxarılmış hərbçilərin üzərində 2 min DNT proseduru aparıldığını açıqlamışdı. 21 yanvar tarixinə qədər isə Ermənistan məhkəmə-tibbi ekspertiza mərkəzi Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarını araşdırıb.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348579.html