4 qazi Türkiyədə müalicə olunaraq Vətənə qayıdıb - FOTO

 10:46 05.03.2021     40

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Milli.Az-a vetrilən məlumata görə, qazilərimiz Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928074.html