Bunun üçün müasir elm texnologiyalarından istifadəyə ehtiyac var - AMEA-nın vitse-prezidenti

 10:49 05.03.2021     35

Respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında koordinasiya işlərinin effektivliyinin yüksəldilməsi üçün müasir elektron elm texnologiyalarının imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.

Akademik qeyd edib ki, son dövrlərdə AMEA-da aparılan kompleks islahatların mühüm bir hissəsini elmi müəssisələrin strukturunun yenilənməsi, idarəetmənin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsinin optimallaşdırılması, o cümlədən, elmi tədqiqat planlarının müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq şəkildə müəyyənləşdirilməsi təşkil edir. Qeyd olunan istiqamətlərdə aparılan islahatlar, eləcə də elektron elmin formalaşdırılması və inkişaf etdirilməsi Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiyalaşdırılmasının genişləndirilməsini və qarşıda duran vəzifələrin müzakirəsini zəruri edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928063.html