Ordumuz ermənilərə daha iki meyit verdi

 10:55 05.03.2021     45

Azərbaycan Ordusu Qarabağda erməni əsgər meyitlərinin qalıqlarını axtaran axtarış qrupuna iki erməni meyiti verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Meyit qalıqlarının Ağdərə ərazisindən tapıldığı bildirilib. Qeyd olunub ki, iki gün əvvəl də Azərbaycan ordusu elə burada erməni axtarış qrupuna bir erməni əsgər meyiti vermişdi.

Ümumilikdə Azərbaycan Ordusunun 3 meyit verməsindən sonra Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1488-ə qalxıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542610.html