“Koronanın ştammı” deyə bir şey yoxdur - Onişenko

 11:06 05.03.2021     57

Koronavirus kifayət qədər konservativdir. COVİD-19-un patogeni qrip virusu kimi dəyişikliklərlə xarakterizə olunmur.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Gennadi Onişenko deyib.

“Ştamm əvvəlki kimidir. Yeni ştamm yalnız Çində və ya Cənub-Şərqi Asiyanın hansısa ərazisində koronavirus növbəti dəfə heyvandan insana keçdiyi zaman olacaq”, – deyə o bildirib.

Onişenko hazırda “koronavirusun ştamlar”ı adlandırılanların “alt tiplər” olduğunu deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542608.html