Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər test imtahanı verir

 11:04 05.03.2021     34

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Milli.Az bildirir ki, qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi kompüter vasitəsilə elektronlaşdırılmış qaydada aparılır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq vəkilliyə qəbulla bağlı yazılı test imtahanı hər növbədə 140 namizəd olmaqla iki növbəli olaraq saat 09:00-da və 14:00-da baş tutacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/928068.html