“Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları” adlı məqalə dərc edildi

 11:00 05.03.2021     38

Qazaxıstanın “newsroom.kz” saytında “Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları” adlı məqalə dərc edilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun müəllifi olduğu məqalədə qeyd edilib ki, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Məqalədə bildirilir ki, Azərbaycan dövlətinin başçısı ilk dəfə idi ki, yerli və xarici jurnalistlərlə yeni formatda görüşürdü.

Qeyd edilib ki, Prezident İlham Əliyev dörd saatdan çox müsahibə verdi, sualları dörd dildə cavablandırdı, bir dildən digərinə çox rəvan keçid etdi. Jurnalistlərdən birinin qeyd etdiyi kimi, təkcə bu fakta görə həmin mətbuat konfransı Ginnesin Rekordlar Kitabına daxil edilməyə layiqdir.

Məqalədə bildirilir ki, Ermənistan tərəfindən ölkəmizə vurulmuş zərərin həcminin hesablanması və beynəlxalq qurumlarda iddia qaldırılması mövzusu ayrıca diqqət tələb edir. Prezident öz çıxışında bu sahədə aparılan böyük iş barədə jurnalistlərə məlumat verdi, lakin, eyni zamanda, qeyd etdi ki, hələ çox məqamlar beynəlxalq məhkəmənin mövqeyindən və onun obyektivliyindən asılıdır. “Hakimlər ədalət normalarına riayət edəcəklər, yoxsa yenə siyasi sifarişi yerinə yetirəcəklər?” Prezident İlham Əliyev bu fikri səsləndirərək beynəlxalq birliyə daha bir mesaj ünvanladı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/348587.html