Namiqin adından istifadə edib pul yığmaq istədilər

 11:09 05.03.2021     30

Meyxanaçı Namiq Qaraçuxurlunun başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçiyə qarşı dələduzluq edilib. Belə ki, bəzi restoranlar Namiqin 8 Mart günü orada çıxış edəcəyi haqda anons yayıblar. Meyxanaçı belə bir halın olmadığını deyib:

"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə yaxın zamanda görüşəcəyik. Amma o zaman, bu zaman deyil".

Qeyd edək ki, Qaraçuxurlu bir müddət əvvəl yaradıcılığını dondurduğunu açıqlamışdı. O bildirib ki, buna səbəb Vətən müharibəsində şəhid olanlardır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/928072.html