Norveç AB-nin Rusiyaya sanksiyalarına qoşuldu

 15:56 05.03.2021     50

Norveç Avropa Birliyinin Navalnı ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulub.

Axar.az xəbər verir ki, bu məlumatı Norveç Xarici İşlər Nazirliyi yayıb.

“Norveç Avropa Birliyinin qərarlarına qoşulur və Avropa Birliyinin sanksiyalarına bənzər tədbirlər görür”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Avropa Birliyi Navalnı ilə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edib.

Norveç Avropa Birliyinin üzvü deyil.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542707.html