Bakıda avtomobil motosikleti vurdu, kuryeri günahkar çıxarmağa çalışdı - VİDEO

 16:09 05.03.2021     32

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

Milli.Az bildirir ki, Motopro qrupunda yayılan kadrlarda avtomobilin motosikleti vurması əks olunub. Belə ki, yolun kənarından hərəkətə başlayan avtomobil sürücüsü digər nəqliyyat vasitələrinə yol vermədən sola çıxıb. Nəticədə, avtomobil əsas yolda olan motosikleti vurub.

Maraqlısı isə ondadır ki, avtomobilin sürücüsü səhvini boynuna alıb üzr istəmək əvəzinə motosikletçini günahkar çıxarmağa çalışıb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/928058.html