İrəvan xəritəni verməsə, Qarabağdakı bu proses uzanacaq - General - VİDEO

 16:14 05.03.2021     38

Ermənistan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritəsini verməsə, bölgənin minalardan təmizlənməsi müddəti iki dəfə uzana bilər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində açıqlama verən türkiyəli general Yücel Karauz deyib. O bildirib ki, xəritə veriləcəyi təqdirdə, bölgədə 6 ay ərzində təhlükəsizlik təmin olunacaq:

"Minalanmış ərzilərin xəritəsi veriləcəyi təqdirdə, məqsədimiz aparılacaq axtarış fəaliyyətini 6 ay ərzində tamamlamaq və bölgəni yaya qədər təhlükəsiz vəziyyətə gətirmək olacaq. Əgər bu xəritələr verilməsə, proses 1 və 1.5 il qədər uzuna bilər".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/928092.html