Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edildi

 16:27 05.03.2021     42

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

Axar.az xəbər verir ki, bununla bağlı YAP sədri İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542723.html