Papanın İraq səfəri başladı: tarixdə İLK DƏFƏ...

 16:50 05.03.2021     48

Katoliklərin ruhani lideri Papa Frensisin tarixi İraq səfəri başlayıb.

Publika.az xəbər verir ki, Papanın təyyarəsi Beynəlxalq Bağdad Hava limanına enib.

Onu hava limanında İraqın Baş naziri Mustafa əl-Kazımi qarşılayıb.

Kazımi ilə görüşdən sonra Papa Bağdaddakı Yaşıl Bölgədə Prezident Sarayına keçəcək. O, Prezident Berqem Saleh tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Daha sonra tərəflər ikili görüş keçirəcək.

Qeyd edək ki, Frensisin ziyarəti ilə tarixdə ilk dəfə İraqa bir Papanın səfəri gerçəkləşib.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/348641.html