Yazın ən dəbli çalarları müəyyənləşdi - FOTO

 22:35 05.03.2021     68

Zeytun yaşılı çəhrayı və sarı ən dəbli çalarlar siyahısına daxil edilib. Solğun yaşıl populyarlığını bu gün dəbdə olan militari üsluba, yəni hərbi geyimlərə borcludur. Odur ki, xakinin müxtəlif çalarları bizə çoxdan tanışdır. "Boz" qış obrazlarından yorulmusunuzsa və ya şokedici neon çalarları xoşunuza gəlmirsə, sakit zeytun çalarlarına daha yaxından baxmağın vaxtı çatıb.

Milli.Az xəbər verir ki, yaşılın solğun versiyaları instaqram ulduzlarının da qarderobuna yol tapıb. Bu trend rəng nəcib tonlar siyahısına daxil edilir və istənilən geyim çeşidlərində də rast gəlinir.

Üstəlik bu rəngi uyğunlaşdırmaq da son dərəcə sadədir. Bunu küçə tərzi ulduzlarının şəkillərinə baxaraq söyləmək olar, zeytun yaşılı qara rəngləri bir anda hərəkətə gətirdi. Sakit yaşıl çantalar heç bir şəkildə praktikliyi baxımından adi bej və bozdan seçilmir.

İkincisi, heç bir çalar zeytun yaşılı qədər lüks və cah-calallı görünmür, hətta qəhvəyi rəng də onunla müqayisə edilə bilməz. Modapərəstlər yaşılın dərinliyini lakonik qara elementlərlə vurğulamağa üstünlük verirlər. Sakit yaşıl ilə qəhvəyinin vəhdəti də aktualdır. Leoni Hannenin zeytun hərbi plaşı ilə qəhvəyi kəməri buna mükəmməl nümunədir.

Yer tonları bu mövsüm həmişəkindən daha aktualdır, odur ki, bu rəng uyğunluğunu da əldən vermək sadəcə yolverilməzdir. Dəb blogerlərinin ən təəccüblü birləşməsi bəlkə də bütün giləmeyvə tonları ilə zeytun rənginin duetidir. Açıq yaşıl şalvarı çəhrayı neylon torba çanta və ya ipək kofta ilə kombinə etməkdən çəkinməyin. Bu kombinasiya sizi yazın ən dəbli xanımı edəcək. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927813.html