Suriyanın neft müəssisələrinə raket atıldı: ölü və yaralılar var

Suriyanın Cerablus və Əl-Bab bölgələrinə ballistik raket atılıb.
Axar.az xəbər verir ki, hücum ibtidai metodlarla işləyən neft emalı müəssisələrinə edilib. Nəticədə bir çox neft tankerində partlayış baş verib.
Partlayış nəticəsində 1 mülki şəxs ölüb, 18-i yaralanıb. Ölü və yaralıların sayının artacağı gözlənilir.
Hücumu kimin etdiyi barədə məlumat verilməyib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542805.html