Somalidə güclü partlayış

 22:56 05.03.2021     59

Somalinin paytaxtı Moqadişuda güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, partlayış həbsxana yaxınlığında yerləşən restoranın qarşısında baş verib.

İnsident nəticəsində yaralananlar var. Polis əraziyə gedən bütün yolları bağlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542803.html