Azərbaycanlı atlet Avropa çempionatının finalında

 23:05 05.03.2021     57

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa Çempionatında finala vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, idmançı üç təkanla tullanmada 16,84 metr nəticə göstərib. 36 yaşlı atlet bu nəticəyə əsasən öz qrupunda üçüncü olub və finala vəsiqəni təmin edib.

Qeyd edək ki, çempionata martın 7-də yekun vurulacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/542806.html