Röya yeni klipini təqdim etdi - Video

 23:14 05.03.2021     65

Xalq artisti Röya Ayxan növbəti layihəsini təqdim edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, məşhur müğənni bu dəfə “Sənə qədər” adlı mahnısına klip çəkdirib.

Söz və musiqisi Zülfi Bədəlova məxsus olan bəstəni ekranlaşdırmaq üçün rejissor Cəlal Kəngərliyə müraciət olunub. “Röya Ayxanla görüşümüzdə mahnıya qulaq asdıqdan sonra mənə sadə, amma şık bir klip istədiyini dedi. Şaxtalı havada qəlbimi isidən ifanın mənə bəxş etdiyi hissləri ekran işinə köçürmək qərarına gəldim”, - rejissor bildirib.

Mahnı bütün musiqi platformalarında, klip isə xalq artistinin rəsmi Yutub hesabına yerləşdirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/maqazin/542808.html