Rıdvan Dilmen karyerasını bitirdi

 23:18 05.03.2021     63

Türkiyənin tanınmış futbol şərhçisi, uzun illərdir NTV və NTV Spor kanallarının şərhçisi kimi fəaliyyət göstərmiş Rıdvan Dilmen işindən uzaqlaşıb.

Publika.az xəbər verir ki, keçmiş futbolçu bu barədə sosial şəbəkədə yazıb.

Dilmen işindən ayrılmasının səbəbini özü və ailəsi haqda böhtanların yayılması ilə əlaqələndirib. O, bu işin arxasında dayanan şəxsləri bir-bir ifşa edəcəyini bildirib.

Qeyd edək ki, R.Dilmenin futbolçulu və məşqçilik karyerasında "Fənərbağça" klubu böyük yer tutub. O, həm də bu klubun təəssübkeşi kimi tanınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/348677.html