Koronavirus ürəyi məhv edir - Mütəxəssislərdən yeni araşdırma

 23:29 05.03.2021     59

Aparılan araşdırmalarda koronavirusun bir çox orqanlara təsir etdiyi ortaya çıxıb.

Milli.Az xəbər verir ki, "Times Now News" saytının məlumatına görə, koronavirus ürək əzələ hüceyrələrini öldürmək dərəcəsində zərər verir.

Araşdırmanı aparan mütəxəssis J. Lavine açıqlamasında bildirib ki, pandemiyanın əvvəllərində koronavirusun sağlam insanlarda infarkt və bir sıra problemlərə səbəb olmasına aid sübutlar var: Bu da kardioloqları narahat edir. Bundan başqa, virusa yoluxub sağalan idmançılar da da bu kimi problemlərə rastlanıb. Bunun virusun birbaşa ürəyə təsir etməsindənmi yoxsa ağciyər infeksiyasındanmı olduğu araşdırıldı. Apardığımız araşdırılmalar koronovirusun ürəyi, xüsusən ürək əzələ hüceyrələrini öldürüdüyü sübut edildi". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/928229.html