Bakıda bu bankın filialında yanğın oldu

 01:54 06.03.2021     65

"Muğan Bank"ın Abşeron rayonunda yerləşən "Ticarət" filialında yanğın baş verib.

Axar.az xəbər verir ki, bankdan verilən açıqlamaya əsasən, yanğın filialın köməkçi otağında olub. Ehtimala görə, yanğının səbəbi qısaqapanmadır.

Hadisə yerinə dərhal FHN əməkdaşları və polis cəlb edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində alışma söndürülüb.

Köməkçi otaqda yerləşən kondisioner və istifadə olunmayan mebel yararsız hala düşüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/542835.html